AZ

BOKT "International”ın istiqrazlarına böyük sayda sifariş oldu

10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 250 min manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja.az xəbər verir ki, qeyd olunan AZ2026021025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2026021025

İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı: 250 ədəd

İlkin ticarət qiyməti: 1 000 manat

Buraxılış həcmi: 250 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti: 2 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 250 000 manat

Reallaşdırılmış həcm: 250 000 manat

Minimal qiymət: 1000 (15%) manat

Maksimal qiymət: 1000 (15%) manat

Ehtimal olunan kəsmə qiymət*: 1000 (15%) manat

Ortaçəkili qiymət: 1000 (15%) manat

İnvestor sayı: 50

Sifariş sayı: 50

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
0
3
marja.az

10Mənbələr