2025-ci ilin yanvar-aprel aylarında “Bakı Fond Birjası” QSC-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 27 milyard 125,237 milyon manat təşkil edib.
Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artım deməkdir.
Hesabat dövründə aparılmış əsas əməliyyat növləri üzrə həcmlər aşağıdakı kimidir:
- Repo əməliyyatları: 22 milyard 728,231 milyon manat (illik müqayisədə 3 dəfə artım)
- Dövlət qiymətli kağızları bazarı: 3 milyard 272,348 milyon manat
- Korporativ qiymətli kağızlar bazarı: 489,782 milyon manat
- İpoteka istiqrazları üzrə əqdlər: 634,875 milyon manat
Bu göstəricilər ölkənin maliyyə bazarının aktivliyinin artdığını və fond bazarına marağın yüksəldiyini təsdiqləyir.
Fuad Mədətov
Finss.az