RU

“Bakı Fond Birjası”nda əməliyyat həcmi 2,4 dəfə artıb – Maliyyə bazarına maraq artır

2025-ci ilin yanvar-aprel aylarında “Bakı Fond Birjası” QSC-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 27 milyard 125,237 milyon manat təşkil edib.

Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.

Bildirilib ki, qeyd olunan göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artım deməkdir.

Hesabat dövründə aparılmış əsas əməliyyat növləri üzrə həcmlər aşağıdakı kimidir:

  • Repo əməliyyatları: 22 milyard 728,231 milyon manat (illik müqayisədə 3 dəfə artım)
  • Dövlət qiymətli kağızları bazarı: 3 milyard 272,348 milyon manat
  • Korporativ qiymətli kağızlar bazarı: 489,782 milyon manat
  • İpoteka istiqrazları üzrə əqdlər: 634,875 milyon manat

Bu göstəricilər ölkənin maliyyə bazarının aktivliyinin artdığını və fond bazarına marağın yüksəldiyini təsdiqləyir.

Fuad Mədətov
Finss.az

Избранный
0
fins.az

1Источники