ain.az, Modern.az portalına istinadən məlumat yayır.
Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib.
Məlumata görə, hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidə təmir-bərpa işləri həyata keçirir. İşlərin gün ərzində başa çatdırılması planlaşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.