AZ

ADSEA: Yasamalda içməli su xəttində qəza baş verib, təmir işləri aparılır

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib.

Məlumata görə, hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidə təmir-bərpa işləri həyata keçirir. İşlərin gün ərzində başa çatdırılması planlaşdırılır.

Seçilən
0
8
report.az

9Mənbələr