AZ

ÇL-də ilk finalçı bəlli olur

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Ölkə.az qafqazinfo-ya istiadən xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək. 

“İnter” doğma meydanda “Barselona”nı qəbul edəcək. 

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) (ilk oyun - 3:3)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Seçilən
0
9
olke.az

10Mənbələr