AZ

UEFA Çempionlar Liqası: İlk finalçının adına İtaliyada aydınlıq gələcək » AzadMedia.az


Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

İlk finalçının adına İtaliyada aydınlıq gələcək.

“İnter” doğma meydanda “Barselona”nı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya)

İlk oyun - 3:3.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi "Arsenal"ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
Seçilən
0
11
azadmedia.az

10Mənbələr