AZ

6 ay əvvəl toyu olan yeni gəlin faciəvi şəkildə öldü

10:29 06.05.2025
10:29 06.05.2025

Bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 19 yaşlı Şövqiyyə Baxşıyeva faciəli şəkildə ölüb.

Mynews.az xəbər verir ki, dəm qazından həyatını itirən gənc qadın Astara rayonunda dəfn olunub.

Mərhum 6 ay əvvəl ailə həyatı qurmuşdu.

Xatırladaq ki, hadisə mayın 1-i, paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.

 

 


Seçilən
0
17
mynews.az

10Mənbələr