AZ

Faciəli şəkildə ölən Şövqiyyənin 6 ay əvvəl toyu olubmuş - FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda  19 yaşlı Şövqiyyə Baxşıyeva dəm qazından zəhərlənərək ölüb.

Day.Az "Unikal"a istinadən xəbər verir ki, Ş. Baxşıyeva 6 ay əvvəl ailə həyatı qurubmuş.

O, Astara rayonunda dəfn olunub.

Xatırladaq ki, hadisə mayın 1-i paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.

  • Faciəli
  • Faciəli
Seçilən
0
10
day.az

10Mənbələr