Müqavilə ilə "Çelsi" klubuna məxsus olan, icarə əsasında İtaliya təmsilçisi "Milan"da çıxış edən Joau Feliks karyerasını Braziliyada davam etdirə bilər. Metbuat.az xəbər verir ki, "Milan" hücumçunun transferi üçün danışıqlar aparır.Braziliyalılar onu sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyirlər. Felikslə Portuqaliyanın "Benfika" klubu da maraqlanır. Futbolçunun adı "Fənərbaxça" ilə də hallanmışdı.Qeyd edək ki, hücumçu cari mövsüm 36 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.