AZ

Bir sıra bağçalar təmir ediləcək - 9,8 milyon manat ayrıldı

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işləri aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, həmçinin, qeyd olunan işlər çərçivəsində kommunal-kommunikasiya işləri də həyata keçiriləcək.

Belə ki, artıq bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müvafiq işlərə start verilib.

 

Nazirlik hələlik sözügedən işlərin hansı məktəbəqədər təhsil müəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin 9,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Eyni zamanda, nazirlik hazırda bəhs olunan işləri icra edəcək şirkət axtarışındadır.

Seçilən
0
3
day.az

5Mənbələr