Bakı. Trend:
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmirvə abadlıq işləri aparılacaq.
Trend-in əldəetdiyi məlumata görə, həmçinin, qeyd olunan işlər çərçivəsindəkommunal-kommunikasiya işləri də həyata keçiriləcək.
Belə ki, artıq bununla bağlı Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizatİdarəsində müvafiq işlərə start verilib.
Nazirlik hələlik sözügedən işlərin hansı məktəbəqədər təhsilmüəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin9,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Eyni zamanda, nazirlik hazırda bəhs olunan işləri icra edəcəkşirkət axtarışındadır.