Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 4 iyun tarixində torpaq hərracı keçirəcək.
Valyuta.az xəbər verir ki, hərracda olan torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı satışa çıxarılır.
Məlumata görə, hərraclar ƏMDX-nin Mingəçevir, Ucar və Beyləqanda yerləşən ərazi şöbələrində olacaq.
Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 1,3 ha – 2.9333 ha arasında olan 8 torpaq sahəsi çıxarılacaq.
Torpaq sahələri 195 manatdan başlayan qiymətlə satışa çıxarılır.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.