AZ

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 4 iyun tarixində torpaq hərracı keçirəcək.

Valyuta.az xəbər verir ki, hərracda olan torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı satışa çıxarılır.

Məlumata görə, hərraclar ƏMDX-nin Mingəçevir, Ucar və Beyləqanda yerləşən ərazi şöbələrində olacaq. 

Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 1,3 ha - 2.9333 ha arasında olan 8 torpaq sahəsi çıxarılacaq. 

Torpaq sahələri 195 manatdan başlayan qiymətlə satışa çıxarılır. 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Maya Hüseynova

Seçilən
0
2
valyuta.az

10Mənbələr