Belqrad, 5 may, AZƏRTAC
Səhhətində problem yaranan Serbiya Prezidenti Aleksandar Vuçiçin mayın 7-də yenidən fəaliyyətə başlayacağı bildirilib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiçin mayın 7-də müxtəlif görüşlər keçirəcəyi, o cümlədən Rusiya və Böyük Britaniya səfirlərini qəbul edəcəyi qeyd olunub. Bundan başqa, Serbiya Prezidentinin həmin gün ictimaiyyətə müraciəti də gözlənilir.
Xatırladaq ki, Serbiya Prezidenti ABŞ-da olarkən səhhətində problem yaranıb, o, səfərini yarıda qoyaraq ölkəsinə qayıdıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad