RU

Səhhətində problem yaranan Aleksandar Vuçiç mayın 7-də işə qayıdacaq

Belqrad, 5 may, AZƏRTAC

Səhhətində problem yaranan Serbiya Prezidenti Aleksandar Vuçiçin mayın 7-də yenidən fəaliyyətə başlayacağı bildirilib.

AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiçin mayın 7-də müxtəlif görüşlər keçirəcəyi, o cümlədən Rusiya və Böyük Britaniya səfirlərini qəbul edəcəyi qeyd olunub. Bundan başqa, Serbiya Prezidentinin həmin gün ictimaiyyətə müraciəti də gözlənilir.

Xatırladaq ki, Serbiya Prezidenti ABŞ-da olarkən səhhətində problem yaranıb, o, səfərini yarıda qoyaraq ölkəsinə qayıdıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Избранный
0
1
azertag.az

2Источники