Bakı. Trend:
Biz Belarus şirkətləri üçün tərəfdaşlar axtarırıq və əgər bu günAzərbaycandayıqsa, deməli, Azərbaycan şirkətləri üçün də Belarusşirkətləri arasında tərəfdaşlar axtarırıq.
Bu sözləri Trend-ə açıqlamasında Belarus Universal ƏmtəəBirjasının İdarə Heyətinin sədri Aleksandr Osmolovski deyib.
O, əvvəlcə təmsil etdiyi qurum barədə məlumat verib:
"Biz birja platformasıyıq. Bu, müxtəlif malların ticarətinitəşkil edən elektron bir platformadır. Biz bizneslərin bir-birinitapmasına, satış və alış əməliyyatlarının həyata keçirilməsinə,müqavilələrin bağlanmasına kömək edirik. Bizim birjanın məqsədimalların irəliləməsinə, satışına kömək etməkdir".
"Biz Belarus şirkətləri üçün tərəfdaşlar axtarırıq və əgər bugün Azərbaycandayıqsa, deməli, Azərbaycan şirkətləri üçün dəBelarus şirkətləri arasında tərəfdaşlar axtarırıq. Ona görə də bugün buraya gəlmişəm. Əlbəttə, mənim marağım budur ki, Azərbaycandanmümkün qədər çox şirkət bizim birjamıza qoşulsun. O cümlədən,Qarabağdan da. Mənim üçün onların haradan olduğu önəmli deyil.Şirkətlərin sayı nə qədər çox olsa, ölkələrimiz arasında ticarətdövriyyəsi bir o qədər çox olacaq", - o vurğulayıb.
Aleksandr Osmolovski Qarabağdan olan nümayəndələri də Belarusdarəsmi alqı-satqılarda iştiraka dəvət edib:
"Belarus Respublikasından mallar gələcək, Azərbaycandan isəBelarus Respublikasına mallar göndəriləcək, elə deyilmi? Ona görədə bu gün buraya gəlmişəm, birjamız barədə danışırıq, daha çoxşirkətin xəbərdar olmasına çalışıram. Bilmirəm, bu gün buradaQarabağdan nümayəndələr iştirak edirdimi?! Əgər iştirakedirdilərsə, çox sevinərdim. Bəlkə də, bu gün sizin vasitənizlə,sizin mətbuat vasitəsilə həmin şirkətlərə dəvət göndərməkfürsətindən istifadə edirəm: gəlsinlər Belarus Respublikasına,birjamızdan istifadə etsinlər, Belarusla biznes qursunlar".
"Bu gün biz Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyiilə saziş imzaladıq. Bu agentlik biznesin inkişafına, ölkələrimizarasında ticarət dövriyyəsinin artırılmasına dəstək verir. Ona görədə düşünürəm ki, birgə əməkdaşlığımız ticarət dövriyyəsininartmasına, şirkətlərin bir-birini tanımasına və ölkələrimizdəpartnyorlar tapmasına kömək edəcək. Birgə layihələr hazırlayacaq,onları həyata keçirəcəyik. Düşünürəm ki, biz buna nail olacağıq", -deyə o qeyd edib.