Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müəllimlərin atesstasiya imtahanlarında açıq dərs formasının olmamasından şikayətlənib.
Modern.az-ın məlumatına görə, o bunu "İncəsənət məktəblərində müəllim keyfiyyəti" adlı tədbirdə çıxışı zamanı bildirib.
F.Bədəlbəyli qeyd edib ki, pedaqoqun əsas göstəricisi dərs zamanı bilinir.
“Suallara bəzən musiqiçilər də səhv cavab verirlər. Əsas olan müəllimin uşaqlarla münasibəti və onlara yanaşmasıdır. Açıq dərslər keçirilməli, müəllimlərin keyfiyyəti bu cür də yoxlanılmalıdır”- deyə o qeyd edib.
Mədəniyyən Nazirliyindən isə Fərhad Bədəlbəyliyə cavab olaraq bildirilib ki, attestasiyadan keçə bilməyən müəllimlərin bəziləri elementar biliklərə belə malik olmayıb.
“20-30 il bu peşədə fəaliyyət göstərən, 2-3 il imtahana hazırlaşan insanlar elementar biliklərə malik olmayıb. Onlar indiyədək hazırlaşdıqları musiqini ifa edərək imtahanı keçirdilər”.