AZ

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının tarixinə düşüb

“Qarabağ”ın futbolçusu Amin Rzayev Misli Premyer Liqasında mövsümün ən gənc futbolçusu olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”la XXXIII turun ev matçının (2:0) sonlarında meydana çıxan müdafiəçi 15 yaş 204 günlüyündə debüt edib. Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur.

O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/11 mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb. Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.

Son 15 ilin 15 yaşlı debütantları:

1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)

2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)

3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)

4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)

5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)

6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)

Seçilən
0
4
90deqiqe.az

10Mənbələr