AZ

Misli Premyer Liqasında mövsümün ən gənc futbolçusu oldu

style='margin-bottom:10px;'>

"Qarabağ"ı futbolçusu Amin Rzayev Misli Premyer Liqasının 2024/25 mövsümünün rekorduna imza atıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33-cü turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.

O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.

O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/11 mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb. Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.

Son 15 ilin 15 yaşlı debütantları:

1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)

2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)

3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)

4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)

5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)

6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)

Seçilən
0
4
teleqraf.com

10Mənbələr