AZ

Bakıda yeni hava limanı tikilir

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir: “Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.

Seçilən
0
23
heftelik.az

10Mənbələr