Ələt Azad İqtisadi Zonasının ərazisində inşa edilən beynəlxalq hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq.
Bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
"Hava limanı 750 hektar ərazini əhatə edəcək. Əvvəlcə bu obyekt yalnız yük daşınması üçün nəzərdə tutulmuşdu, ancaq qərar dəyişib", - deyə o qeyd edib.
"Report"