Azərbaycan milli komandasının futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdikləri "Radomyak" bu gün Polşa Ekstraklasasında növbəti matçını keçirib.
Offsideplus.az xəbər verir ki, Qlivitse şəhərinə səfərə yollanan komanda XXXI tur çərçivəsində yerli "Piast"la görüşüb. Qarşılaşmada qol olmayıb - 0:0.
R. Dadaşov matça sonradan daxil olub. O, 15 dəqiqə meydanda olub.
R. Məmmədov isə bu görüşdə də heyətə daxil edilməyib. O, artıq 3 aydır Radom təmsilçisinin heyətində meydançaya çıxmır.
Hazırda "Radomyak" 37 xalla 13-cü yerdədir. Onlar növbəti turda "Poqon"u qəbul edəcək.
Polşa Ekstraklasası, XXXI tur
14:15 "Piast" - "Radomyak" 0:0
-- Komandaların heyətləri açıqlanıb. Renat Dadaşov görüşə ehtiyatda başlayacaq. Rahil Məmmədovun adı isə yenə protokola daxil edilməyib.
-- R. Dadaşov 75-ci dəqiqədə meydana daxil olub.