Azərbaycan milli komandasının futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdikləri "Radomyak" bu gün Polşa Ekstraklasasında növbəti matçını keçirir.
Offsideplus.az xəbər verir ki, Qlivitse şəhərinə səfərə yollanan komanda XXXI tur çərçivəsində yerli "Piast"la görüşür.
"Radomyak"a bu ilin fevralında transfer olunan Renat ardıcıl 2 oyunda 2 qol vursa da, son 6 turda fərqlənə bilmir.
Müdafiəçi Rahil Məmmədov isə artıq 3 aydır Radom təmsilçisinin heyətində meydançaya çıxmır.
Hazırda "Radomyak" 36 xalla 13-cü, "Piast" isə 38 xalla 11-ci yerdədir.
Polşa Ekstraklasası, XXXI tur
14:15 "Piast" - "Radomyak" 0:0 (ikinci hissə)
-- Komandaların heyətləri açıqlanıb. Renat Dadaşov görüşə ehtiyatda başlayacaq. Rahil Məmmədovun adı isə yenə protokola daxil edilməyib