İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə danışıb, lakin onlar İrana zərbə endirmək imkanını müzakirə etməyiblər.
Axar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi “Vaşinqton Post”un bu mövzuda məlumatını şərh edərkən bildirib.
Ofis qeyd edib ki, Netanyahunun fevral ayında Vaşinqtona səfəri zamanı Uoltsla həqiqətən də görüşüb. Onların ABŞ prezidentinin elçisi Steven Uitkoffun da iştirak etdiyi görüş Netanyahunun ABŞ Prezidenti Donald Trampla söhbətindən əvvəl baş tutub:
"O vaxtdan bəri baş nazir, keçmiş milli təhlükəsizlik müşaviri və Stiven Uitkoff arasında İrana aidiyyatı olmayan bir telefon danışığı olub".
Qeyd edək ki, “Vaşinqton Post” qazeti iddia edib ki, Uolts Netanyahu ilə İrana zərbə endirmək imkanını müzakirə edib.