
Saat 12.36-da Mərmərə dənizində 3,7 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, İstanbulda da hiss edilən zəlzələnin 18 kilometr dərinlikdə baş verdiyi və Tekirdağın Marmaraereğlisi rayonundan 24,87 kilometr məsaəfdə yerləşdiyi müəyyən edilib.