Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Viral.az xəbər verir ki, o, 1/8 finalda Acıtı Dombuunu (IJF) ardınca Anvarjon İbrohimovu (Özbəkistan) məğlub edib.
Cüdoçumuz yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə güləşib. O, bu görüşü də xeyrinə bitirərək qızıl medala sahib olub.
Son Yazılar:
- Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal QAZANDI
- Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş
- “İctimai proseslər media müstəvisində” mövzusunda Forumun açılış mərasimi baş tutdu
Bu gün digər idmançımız Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 4-də başa çatacaq.