AZ

Azərbaycan cüdoçusundan “qızıl”

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, həlledici görüşdə Muhammadsoleh Quvatovla (Tacikistan) qarşılaşıb. Azərbaycan idmançısı rəqibinə qalib gələrək, qızıl medala sahib olub.

Bu gün digər idmançımız Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 4-də başa çatacaq.

Seçilən
0
5
futbolpress.az

7Mənbələr