Mədəniyyət Nazirliyi “Vaqifə məktub" esse müsabiqəsini elan edib.
Publika.az xəbər verir ki, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqənin şərtləri:
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Əsərlər Azərbaycan dillində yazılmalıdır.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon
nömrəsi və e-mail) qeyd etməlidir.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.
Müsabiqənin mövzusu:
Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti
Essenin həcmi:
Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.
Qaliblərin seçilməsi və mükafatlandırılması: