AZ

Mədəniyyət Nazirliyi esse müsabiqəsi elan edir

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur.Metbuat.az xəbər verir ki, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir. Müsabiqənin şərtləri:* Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.* Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.* Əsərlər Azərbaycan dillində yazılmalıdır.* Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefonnömrəsi və e-mail) qeyd etməlidir.* Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.Müsabiqənin mövzusuMövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyətiEssenin həcmi:Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.Qaliblərin seçilməsi və mükafatlandırılmasıKomissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.Müsabiqənin mükafat fondu:Birinci yer – 2500 manatİkinci yer – 1500 manatÜçüncü yer – 1000 manatMüsabiqənin müddəti:Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanınagöndərilməlidir.Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147

Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

Seçilən
0
8
metbuat.az

10Mənbələr