Ajans.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Putinin BƏƏ-nin Moskva ilə Kiyev arasında məhbus mübadiləsinin təşkilində göstərdiyi yardımı yüksək qiymətləndirdiyi qeyd edilir. Xüsusilə, bunun sayəsində 246 rus hərbçisinin Pasxa bayramı ərəfəsində Ukrayna əsarətindən qayıda bildiyi dəqiqləşir. BƏƏ prezidenti öz növbəsində Putini və Rusiya xalqını qarşıdan gələn Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə təbrik edib.