AZ

Kursk vilayəti AZAD EDİLDİ - Putin zəng edib onları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Kursk vilayətinin azad edilməsi ilə bağlı məruzəsindən sonra rus hərbçilərinə zəng edərək onları təbrik edib.

"Referans" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti "Teleqram"da məlumat yayıb.

"Vladimir Putin bu əməliyyat zamanı ən çox fərqlənən qrup komandirinə və bölmələrin komandirlərinə zəng edib.

Ali Baş Komandan hərbçilərlə söhbəti zamanı onları qələbə münasibətilə təbrik edib və qəhrəmanlıqlarına görə təşəkkür edib", - Kremlin mətbuat xidmətinin bəyanatında deyilir.

Seçilən
0
1
referans.az

2Mənbələr