Ukrayna ordusu FPV pilotsuz uçuş aparatlarından istifadə edərək Xerson vilayətinin Aleşki şəhərində bazara kütləvi zərbə endirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Xerson qubernatoru (Ukraynanın Xerson vilayətindəki separatçı rejimin rəhbəri-red) Vladimir Saldo bildirib.
Onun sözlərinə görə, zərbə nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
"Moskva vaxtı ilə saat 09:30-da Aleşkidə, mərkəzi bazar ərazisində Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə FPV dronları ilə kütləvi zərbə endirib. Hücum zamanı bazarda çoxlu insan olub.
İlkin məlumatlara görə, azı 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb" , - Saldo Telegram kanalında yazıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta