Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiya təyyarəsinin dəniz PUA-sı vasitəsilə vurulduğunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
"2025-ci il mayın 2-də Ukrayna Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölməsi Ukrayna Müdafiə Qüvvələri ilə birgə Qara dəniz üzərində Rusiyanın Su-30 döyüş təyyarəsini məhv edib. Su-30 qırıcısı “Maqura” dəniz PUA-sı ilə vurulub. Bu dünyada bir ilkdir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Su-30-un təxmini dəyəri 50 milyon dollardır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta