Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin X sosial media hesabı Hindistan hökuməti tərəfindən bloklanıb.Metbuat.az xəbər verir ki, Hindistan Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktından sonra belə qərar verib. NDTV kanalının məlumatına görə, Hindistan hökuməti həmçinin “Dawn” və “Geo News” daxil olmaqla Pakistanın 16 aparıcı media təşkilatının yutub kanallarına girişi bağlayıb. Digər tərəfdən, Hindistanda yaşayan onlarla Pakistan vətəndaşı Yeni Dehli hökumətinin tələbi ilə ölkələrinə qayıtmağa səy göstərir. Tərəflər qarşılıqlı vizanı ləğv etdiyinə görə, vətəndaşların bir hissəsi sərhədi keçə bilməyib. Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması zamanı 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Hindistan hadisənin Pakistan tərəfindən həyata keçirildiyin iddia edib. Bundan sonra tərəflər arasında vəziyyət gərginləşib.