AZ

Bakıda "Baku Open - 2025" Beynəlxalq Şahmat Festivalına start verildi

"Baku Open - 2025" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezidenti Faiq Həsənov çıxış ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Baku Open - 2025”in tanıtım çarxı nümayiş olunub. Ardınca rəsmi şəxslər ilk gedişi ediblər.

Qeyd edək ki, yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edəcək. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək. Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

Seçilən
4
1
operativmedia.az

10Mənbələr