AZ

“Baku Open - 2025”in açılış mərasimi keçirildi

Bu gün Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Baku Kristal Zal-ın Sərgi Mərkəzində baş tutan tədbirdə ilk olaraq Faiq Həsənob iştirakçıları salalayıb.

Açılış mərasimində iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.

Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festivalhəmçinin“Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

Seçilən
1
9
teleqraf.com

10Mənbələr