Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.
Bu barədə News24.az-a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.
Onlar bu gün AŞF, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən "Baku Open - 2025" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcəklər.
Baku Kristal Zal-ın Sərgi Mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin "Chess Tour Azerbaijan" layihəsinin tərkibinə də daxildir.