ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv ola biləcəyinə inanmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika lideri bu barədə “Time” jurnalına müsahibəsində bildirib.
"Düşünürəm ki, Ukrayna heç vaxt NATO-ya üzv ola bilməyəcək", - o qeyd edib.
"Reuters" daha əvvəl Ukrayna böhranının həlli ilə bağlı təklif layihəsini dərc edib. Agentliyin məlumatına görə, sözügedən təklif layihəsinin ABŞ tərəfindən hazırlandığı bildirilib.
Sənədə əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina edir. Eyni zamanda, Amerika tərəfi Kiyevin Avropa İttifaqına daxil olmaq istiqamətində işləmək niyyətini təsdiqləyib.