EN

Tramp Ukraynanın NATO-ya üzv olacağını düşünmür

ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv ola biləcəyinə inanmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika lideri bu barədə “Time” jurnalına müsahibəsində bildirib.

"Düşünürəm ki, Ukrayna heç vaxt NATO-ya üzv ola bilməyəcək", - o qeyd edib.

"Reuters" daha əvvəl Ukrayna böhranının həlli ilə bağlı təklif layihəsini dərc edib. Agentliyin məlumatına görə, sözügedən təklif layihəsinin ABŞ tərəfindən hazırlandığı bildirilib.

Sənədə əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina edir. Eyni zamanda, Amerika tərəfi Kiyevin Avropa İttifaqına daxil olmaq istiqamətində işləmək niyyətini təsdiqləyib.

Chosen
17
13
operativmm.az

10Sources