Pakistan-Hindistan münaqişəsi İslamabad və Yeni Dehli arasında nüvə qarşıdurması ilə nəticələnə bilər.
Editor.az xəbər verir ki, bu fikri Pakistanın müdafiə naziri Xavaca Asif Əl-Cəzirə telekanalına müsahibəsində deyib. “Dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”, – Nazir bildirib.
Asif xatırladıb ki, həm Pakistan, həm də Hindistan nüvə silahına malikdir – hər iki dövlət nüvə gücləri klubunun bir hissəsidir.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münaqişənin kəskinləşməsi aprelin 22-də başlayıb. Həmin gün naməlum şəxslər Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqam şəhərində terror aktı törədiblər. Cinayət 25-i Hindistan vətəndaşı olmaqla 26 nəfərin həyatına son qoyub. KİV-in məlumatına görə, Hindistan kəşfiyyatı terror aktında Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin əli olduğunu, hücumun özünü isə “Ləşkər-e-Taibə” terrorçuları həyata keçirdiyini müəyyən edib.
//Samir Qurbanov, Editor.az