AZ

Hindistanla münaqişə nüvə müharibəsinə çevrilə bilərPakistan Müdafiə naziri

Pakistan və Hindistan arasında münaqişənin kəskinləşməsi ciddi risklər daşıyır. Vəziyyət nüvə müharibəsinə çevrilə bilər. AzPost xəbər verir ki, bunu Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif deyib.

Müdafiə departamentinin rəhbəri vurğulayıb ki, Pakistan Hindistandan istənilən hücuma cavab verməyə hazırdır. Ona görə də münaqişənin nüvə qarşıdurmasına çevrilməsi mümkündür.

“Dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Hər iki ölkə nüvə dövlətidir” – deyə Asif bildirib.

Xatırladaq ki, son günlər Pakistan və Hindistan arasında vəziyyət gərginləşib. Hər şey Pahalgam terror hücumu ilə başlayıb. Yeni Dehli buna görə İslamabadı günahlandırıb və bütün pakistanlıları ölkədən qovub. Buna cavab olaraq Pakistan Hindistanla mühüm müqaviləni dayandırıb.

 

Seçilən
30
21
azpost.info

10Mənbələr