Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa mart ayında hədiyyə etdiyi rəsm üzə çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Kremlin sifarişi ilə hazırlanan əsərdə Trampa 2024-cü il mitinqində sui-qəsd cəhdindən sonra çəkilmiş bir səhnə təsvir edilib.
CNN-ə danışan məşhur rus rəssamı Nikas Safronov rəsmin onun tərəfindən hazırlandığını və ilk dəfə ictimaiyyətə nümayiş etdirildiyini açıqlayıb.
Bildirilib ki, əsər Kreml vasitəsilə Trampa çatdırılıb və Putinin özü göndərib.