Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 22-də saat 00:05 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alan 24 yaşlı kişi üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
***09:42
Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.
Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***09:22
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.
Demokrat.az xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
10Mənbələr
-
apa.azSumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var - YENİLƏNİB ( 17104304)
-
az.trend.azSumqayıtda baş verən partlayışda yaralanan şəxsin vəziyyəti açıqlandı ( 17099216)
-
Reportyor.tvPartlayış baş verən ev spirt sexi olub - YENİLƏNİB ( 16706239)
-
ekologiya.azHövsanda partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır ( 16706139)
-
tribunainfo.azSuraxanıda yanğında 1 nəfər ölüb, xəsarət alan şəxsin vəziyyəti ağırdır ( 16706001)
-
afn.azHövsanda evdə partlayış: Ölən və xəsarət alan var - YENİLƏNİB ( 16703039)
-
demokrat.azHövsanda partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır — YENİLƏNİB ( 16702415)
-
metbuat.azPartlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı ( 16702579)
-
operativmm.azSuraxanıda yanğında 1 nəfər ölüb, xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB ( 16702229)
-
far.azHövsanda sexdə PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI ( 16702215)