AZ

Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var - YENİLƏNİB

Sumqayıtda baş verən partlayış səbəbilə 07.05.2025-ci il tarixində saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Pasiyent iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

Günay Elşən

***

10.40

Sumqayıtda emalatxanada partlayış olub.

APA xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
1
apa.az

10Mənbələr