AZ

ABL: "Sabah" və "Neftçi" yarımfinala yüksəldi

Basketbol üzrə Azərbaycan çempionatının pley-off mərhələsində ilk yarımfinalçılar bəlli olub.

Bu gün Basketbol üzrə Azərbaycan Liqasının pley-off mərhələsi davam edib.

Operativ Media xəbər verir ki, 1/4 final mərhələsinin beşinci oyun günündə eyni vaxtda başlayan iki qarşılaşma keçirilib: “Sərhədçi” “Sabah”ı qəbul edib, “Ordu” isə “Neftçi” ilə qarşılaşıb.

Azərbaycan Basketbol Liqası 

Pley-off mərhələsi, cavab oyunları 

21 aprel

19:00 "Sərhədçi" - "Sabah" - 77:104 (11:29, 21:33, 24:20, 21:22)

Bakı, "Sərhədçi" SC. Seriyanın hesabı 0:2.

Qalib komandanın ən yaxşı oyunçusu 21 xal toplayan Klavs Kavars olub.

19:00 "Ordu" – "Neftçi" - 54:88 (11:22, 7:18, 11:24, 25:24)

Bakı, İdman Sarayı. Seriyanın hesabı 0:2.

Qalib komandanın ən yaxşı oyunçuları Vante Hendricks və 18 xal toplayan Patrik Bekon olub.

Seçilən
206
2
operativmedia.az

10Mənbələr