Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə və bu gün səhər saatlarında ölkənin regionları üzərində Ukraynaya aid 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-ların 64-ü Belqorod, 24-ü Bryansk vilayətləri ərazisində vurulub. Qalanları Kursk, Lipetsk, Voronej və Tula vilayətləri ərazisində zərərsizləşdirilib.