BAKI, 22 may. TELEQRAF
Füzuli rayonununda yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları 100 m² sahədə, bitişik sahəsi 15 m² olan vaqon və sahəsi 45 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.