RU

Ağcaqanadları daha çox cəlb edən qan qrupu müəyyən edilib

Ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının səbəbi elm üçün hələ də tam aydın olmasa da, bu sahədə aparılan araşdırmalar müəyyən meyilləri üzə çıxarıb. Məlum olub ki, birinci qan qrupuna sahib şəxslər ağcaqanadların hücumuna daha çox məruz qalırlar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın "Gemotest" laboratoriyasının eksperti Aleksandra Filyova bildirib.

Onun sözlərinə görə, ikinci qan qrupuna malik olanlar daha az risk altındadır, üçüncü və dördüncü qan qruplarının sahibləri isə bu cür hallarla demək olar ki, rastlaşmırlar.

Ekspert qeyd edib ki, ağcaqanadlar yalnız qan qrupuna deyil, həm də nəfəs zamanı ifraz olunan karbon qazının miqdarına həssasdırlar. Bu baxımdan, fiziki cəhətdən aktiv insanlar, hamilə qadınlar və artıq çəkili şəxslər daha çox təhlükə altındadır.

Mütəxəssis bəzi xəstəliklər zamanı orqanizmdə yaranan qoxuların da ağcaqanadların diqqətini çəkə biləcəyini bildirib.

Избранный
0
50
demokrat.az

10Источники