RU

"Tottenhem" Avropa Liqasının qalibi olub - VİDEO

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

Day.Az-ın məlumatına görə, final oyununda İngiltərə təmsilçiləri - "Tottenhem" və "Mançester Yunayted" komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın "Atalanta" klubu olub.

Избранный
0
11
day.az

10Источники